AZ

Qalmaqallı "xarici agentlər" qanunu komitədə 3-cü oxunuşda TƏSDİQLƏNİB

Gürcüstan parlamentinin Hüquq Məsələləri Komitəsi “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsini üçüncü oxunuşda dəstəkləyib.

 

Modern.az BBC-yə istinadən xəbər verir ki, bu proses təxminən bir dəqiqə çəkib.

 

"Sualınız, şərhiniz, rəyiniz varmı?", - deyə komitənin sədri Anri Oxanaşvili soruşub və özü cavab verib: “Heç bir sual, şərh və ya rəy yoxdur”.

 

Müxalifətçi deputat Xatiya Dekanoidzenin sözlərinə görə, müxalifət iclasda iştirak edə bilməyib: “Görüş bir dəqiqə yeddi saniyəyə başladı və bitdi. Bu, ağlasığmaz, biabırçı, qeyri-qanuni, hətta əksəriyyət nümayəndələrinin belə iştirak edə bilmədiyi bir toplantı idi. Sadəcə komitə sədri Oxanaşvili və bir neçə nəfər guya legitimlik üçün daxil olub. Bu qeyri-legitim görüşdür”.

 

Polis nümayişçilərə parlamentin çıxışlarına yaxınlaşmağa imkan verməyib və binanın çıxışlarına bitişik küçələri bağlayıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
19
1

1Mənbələr

Şərh ()
Bağla