AZ

Ali Nesin deyir ki,..

Ali Nesinin qısa bir videosu yayılıb.

Burada dilə gətirilən fikirləri ölkəmizin hər məktəbində, hər sinifdə müzakirə edib, ata-analarına izah etmək, balalarımızın beyninə yerləşdirmək lazımdır. Bəlkə də məktəblilərdən əvvəl elə müəllimlərlə paylaşmaq lazımdır. Axı bizim müəllimlər də zaman ayaq uydurmalı, yeni reallıqlara uğunlaşmalıdırlar…

Nə deyir Ali Nesin?

Deyir ki, əgər şagird ayrıseçkilik edib nəyisə öyrənmək istəmirsə, bu mənim nəyimə lazımdır deyirsə, o uşaqdan olsa-olsa ancaq mühəndis olar, o uşaq böyüyüb ən yaxşı halda onun-bunun kəşflərinin, ixtiralarının istifadəçisi olacaq;

deyir ki, o uşaq elektrikli maşın, internet, kompüter ixtira edə bilməyəcək;

deyir ki, kosmosa gedə bilməyəcək, ancaq başqalarından sonra gedə biləcək…

Əziz dostlar, valideynlər, Ali Nesinii dediklərinə qulaq verin, düşünün.

Çox önəmli bir fikir atır ortaya.

Axı biz

“Nəyimə lazımdır e?”,

“Onun mənə nə xeyri var e?”,

“Mənim Marsda nə itim azıb, mənə elə burda da yaxşıdır”

deyən cəmiyyətik.

Bəlkə də elə belə dediyimiz üçün bu qədər geri qalırıq elmini, irfanını, texnologiyalarını inkişaf etdirən ölkələrdən…

Bu yazdıqlarıma qulaq verin, amandır…

***

Kimdir Ali Nesin?

1959-da İstanbulda Türkiyənin Dünyada ən çox tanınan yazıçısı Aziz Nesinin oğludur.

Orta məktəbi Lozannada, magistr dərəcəsini Parisdəki Didro universitetindən alıb, riyazi məntiq və cəbr üzrə doktorluq dərəcəsini isə ABŞ-ın əfsanəvi Yale universitetindən qazanıb. Bir müddət Kaliforniya universitetində, sonra da Fransada Notr-Damda dərs verib.

Professor Ali Nesin Aziz Nesinin vəfatından sonra Nesin Vəqfinə rəhbərlik edir, müxtəlif türk universitetlərində riyaziyyat kafedralarına rəhbərlik edib. Vaxtının əsas hissəsini riyaziyyatın tədrisi və təbliğinə sərf edir…

İbrahim Nəbioğlu

visiontv.az



Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
194
visiontv.az

1Mənbələr