AZ

“Real” veteranları arasında seçim edir

“Real”da növbəti mövsümün heyətinin formalaşdırılması baxımından həlledici dönəmdir. Madridlilər müqaviləsi başa çatan bir neçə veteranı ilə bağlı qərar verməlidir.

Futbolinfo.az xəbər verir ki, Naçonun taleyi bəllidir. Karyerasını “Real”a həsr etmiş təcrübəli mərkəz müdafiəçisi yeni macəra axtarışına çıxır. Onun MLS klublarından birinə yollanmaq ehtimalı yüksəkdir.

Lukas Vaskes güman ki, daha bir mövsüm paytaxt klubunda qalacaq. Rəhbərlik və məşqçi heyəti sağ cinada son vaxtlar önəmli işlər görən oyunçunu saxlamaq istəyir. O, ehtiyat oyunçu rolu ilə barışdığından, qalmaq ehtimalı daha çoxdur.

Əsas  məsələ Toni Kroos və Luka Modriçlə bağlıdır. Hər iki oyunçu ilə daha bir illik müqavilənn şərtləri razılaşdırılıb. Amma məşqçilər heyəti orta sahədə iki veteranın qalmasında maraqlı deyil. Bu səbəbdən onlar arasında seçim edilir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
60
futbolinfo.az

1Mənbələr