AZ

Azərbaycanda final seriyasının təqvimi açıqlandı

Azərbaycan Basketbol Liqasında final seriyasının təqvimi açıqlanıb.

Sportinfo.az xəbər verir ki, həlledici final seriyasında iştirak edəcək son çempion “Sabah” və debütant “Xəzri”arasında baş tutacaq oyunların tarixi dəqiqləşib.

Belə ki, “Sərhədçi” İdman Mərkəzində keçiriləcək final seriyasının açılış oyunu, mayın 16-sı saat 19:30-da start götürəcək.

Super seriyanın ikinci oyunu mayın 19-u, üçüncü oyunu isə mayın 22-si oynanılacaq.

Final seriyasında qarşılıqlı qələbələr olarsa, o zaman seriyanın 4 və 5-ci oyunları müvafiq olaraq 24 və 28 may tarixlərində keçiriləcək.

Bütün oyunlar saat 19:30-da başlayacaq. Final seriyasında ən tez üç qələbə qazanmış komanda isə çempion olacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
181
sportinfo.az

1Mənbələr