AZ

ABŞ prezidentliyinə namizədin beynini qurd yeyib

ABŞ prezidentliyi uğrunda mübarizədə Tramp və Baydenin əsas rəqiblərindən olan amerikalı siyasətçi Robert F. Kennedy Jr.-də təhlükəli parazit aşkarlanıb.

Publika.az xəbər verir ki, “New York Times”ın məlumatına görə, Kennedinin özü bu barədə 2012-ci ildə boşanma prosesində danışıb. Həmin vaxt o, beyninin bir hissəsini qurd yediyi üçün az pul qazandığından şikayətlənib.

“The New York Times” 12 il əvvələ aid məhkəmə sənədlərində Kennedy Jr-ın beyin parazitinə istinadlar tapıb. Siyasətçinin özü prezidentlik kampaniyası zamanı səhhətindəki problemlərdən heç vaxt bəhs etməyib.

Boşanma prosesində kiçik Kennedi 2010-cu ildə ciddi yaddaş problemlərindən və psixi dumandan əziyyət çəkdiyini bildirib. Dostları onda beyin şişinin inkişaf etdiyindən qorxublar. Sonda siyasətçi mütəxəssislərə müraciət etmək qərarına gəlib.

Müraciət etdiyi bir neçə ən yaxşı amerikalı nevroloq onun beynindəki skanlarda qaranlıq bir ləkə görüb və həqiqətən də şişi olduğu qənaətinə gəliblər. Həkimlərdən biri fərqli fikir bildirəndə kiçik Kennedi artıq əməliyyat olunmağa razılıq vermişdi. O, fotoşəkillərdəki qaranlıq nöqtənin şiş deyil, beyin parazitinin qalıqları olduğunu irəli sürüb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
61
1
publika.az

2Mənbələr