AZ

Oğuz RMX-nın terapevti Səid Hacıyev "Heydər Əliyevin 100 illiyi (1923-2023)" yubiley medalı ilə təltif edilib  

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 02.02.2024-cü il tarixli Sərəncamı ilə Oğuz rayon ziyalıları, eləcə də Oğuz Rayon Mərkəzi Xəstəxanasının həkim-terapevti Səid Fətullah oğlu Hacıyev "Heydər Əliyevin 100 illiyi (1923-2023)" yubiley medalı ilə təltif ediliblər.
 
Aztibb.az xəbər verir ki, “Heydər Əliyevin 100 illiyi (1923–2023)” yubiley medalının təqdim edilməsi mərasimi keçirilib.
 
Oğuz RMX-nın direktoru Anar Əzizov yubiley medalına layiq görülən səhiyyə işçilərini təbrik edib. O, Azərbaycan səhiyyəsinə göstərdiyi davamlı dəstəyə görə Prezident İlham Əliyevə minnətdarlığını ifadə edib.
 

Daha sonra “Heydər Əliyevin 100 illiyi (1923–2023)” yubiley medalına layiq görülmüş terapevt Səid Hacıyevə mükafat təqdim edilib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
141
aztibb.az

1Mənbələr