AZ

“Finca Azerbaijan” BOKT son ili xalis mənfəət əldə edib – Bununla belə, borclar böyüməkdədir

“Finca Azerbaijan” Bank Olmayan Kredit Təşkilatı MMC 2023-cü ildə borcları böyüyüb. Bununla belə təşkilat il ərzində 3.91 mln. manat xalis mənfəət əldə etdiyini açıqlayıb və bu da 2022-ci ildəki göstəricini 20% üstələyir.

Banker.az xəbər verir ki, bu barədə BOKT-nin illik audit hesabatında qeyd edilib.

Hesabata əsasən, BOKT-nin faiz gəlirləri illik müqayisədə 49% artaraq 17.71 mln. manata yüksəlib. Bununla belə, BOKT-nin faiz xərcləri də yüksələrək 2.54 mln. manatdan 4.1 mln. manata çatıb.

“Finca Azerbaijan”nın ehtimal edilən kreditlərdən 2.64 mln. manatı geri dönüb və nəticədə cəmi xalis faiz gəliri 16.26 mln. manata yüksəlib.

BOKT hesabat müddətində təsisçiyə 2.89 mln. manat dividend ayırıb və bölüşdürülməmiş mənfəət 14.11 mln. manata qalxıb.

BOKT vəsaitlər cəlb etməklə kreditləşməni bir qədər də yüksəldib. Ötən ilin əvvəlində 33.86 mln. manat olan öhdəliklər ilin sonuna 44.1 mln. manat olub. Bu öhdəliklərin 31.37 mln. manatı borc vəsaitlər (2022:22.31 mln. manat) və 9 mln. manatı buraxılan istiqrazlar (2022: 8.95 mln. manat) üzrə borcdur.

“Finca Azerbaijan” ötən il kredit portfelinin həcmini 26% artırmaqla 56.54 mln. manat edib. Bu kreditlərin 33.75 mln. manatı aqrar sektora, 17.19 mln. manatı xidmət sektoruna 7 mln. manatı ticarətə verilən kreditlər təşkil edib.

BOKT təminatsız kreditlərin həcmini son bir ildə 19.35 mln. manatdan 26.66 mln. manata, zəmanətdə olan kreditlər isə 27.8 mln. manatdan 33.42 mln. manata yüksəlib.

3453453453453 098898

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
39
50
banker.az

10Mənbələr