AZ

İrəvanda gərginlik: etirazçılar mərkəzi küçələri bağlamaq istəyir

İrəvanda

İrəvanda etirazçılar Ermənistanın baş naziri Nikol Paşinyanın istefası tələbi ilə səhər saatlarından şəhərin mərkəzi küçələrini bağlamağa cəhd ediblər.

Reyting.az
-ın xarci KİV-lərə istinadla verdiyi məlumata görə, polis əməkdaşları müxalifətçiləri saxlamağa başlayıb.

Təhlükəsizlik qüvvələri paytaxtın mərkəzi Saxarov meydanında hökumət binalarının yaxınlığında toplaşan etirazçıların küçələri bağlamaq cəhdlərinin qarşısını almağa çalışırlar.

Qeyd edək ki, bundan əvvəl Ermənistandakı etiraz aksiyalarının lideri arxiyepiskop Baqrat Qalstanyan ölkənin baş naziri Nikol Paşinyana istefa üçün bir saat vaxt verib. O, iddia edir ki, Paşinyan “artıq Ermənistanda hakimiyyətə malik deyil”.

Bu arada, siyasi müşahidəçi və Strateji Mədəniyyət Fondunun eksperti Andrey Areşev bildirib ki, Nikol Paşinyanın İrəvanda hökumət əleyhinə etirazlar fonunda könüllü istefa vermək ehtimalı yoxdur.

ELÇİN
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
29
reyting.az

1Mənbələr