AZ

ATAA Qarabağa səfərlər təşkil edən turizm şirkətlərinin sayını artmasını gözləyir

Hazırda Azərbaycanın işğaldan azad olunmuş ərazilərinə cəmi bir turizm şirkəti səfərlər təşkil edir.

"Report" xəbər verir ki, bunu Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının (ATAA) İdarə Heyətinin sədri Göydəniz Qəhrəmanov jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, bundan əlavə www.yolumuzqarabaga.az portalı vasitəsilədə azad olunmuş ərazilərə səfərlər təşkil edilir: “Bu da həmin yerləri görmək istəyənlər üçün fürsətdir. Bu ərazilərdə bərpa, yenidənqurma işləri həyata keçirilir, hava limanları tikilir və istifadəyə verilir. Bütün bunlar gələcəkdə turistlərin sayının artmasına imkan verən amillərdir”.

G.Qəhrəmanov qeyd edib ki, eyni zamanda digər turizm şirkətləri də müraciət edərək Qarabağa səfərlər təşkil edə bilər.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
120
1
report.az

2Mənbələr