AZ

Çörək sexlərinə nəzarət edilir? " Bu sahədə nə qədər rahatçılıq olacaqsa, bir o qədər problem yaranacaq" - Eyyub Hüseynov

Çörək sexlərinə nəzarət edilir? " Bu sahədə nə qədər rahatçılıq olacaqsa, bir o qədər problem yaranacaq" - Eyyub Hüseynov

Binə çörək zavoduna məxsus çörəyin içərisindən taxta qırıntısının çıxması haqqında məlumatlar yayılıb. Belə ki, aprelin 30-da Xətai rayonu, Əhmədli qəsəbəsində yaşayan vətəndaş həmin ərazidəki marketdən çörək alıb. O, evdə çörəyi kəsən zaman içərisində qaraltı gördüyünü və sonra onun taxta qırıntısı olduğunu müəyyən edib. Şəxsin bildirdiyinə görə, çörəyin içərisindən çıxan taxta qırıntısının uzunluğu təxminən 3 sm-ə yaxın olub. Bəs ölkədə çörək sexlərinə necə nəzarət edilir?

Məsələ ilə bağlı Azad İstehlakçılar İctimai Birliyinin sədri Eyyub Hüseynov Sonxeber.az-a açqılama verib.

E. Hüseynov bildirib ki, çörək bişirmə sahəsində nə qədər rahatçılıq olacaqsa, bir o qədər problemlər yaranacaq:

"Binə çörək zavodunun keyfiyyəti barədə mənə də hər ay iki-üçü telefon zəngi gəlir. Bu barədə görünür problemlər yaşanır. Çox təəssüflər olsun ki, həmin çörək zavodunda olmamışam. Bu barədə ictimaiyyətdə mənfi fikir formalaşıb. Bəzən bu hallar həmin fabrikdən ayrılan işçilər tərəfindən də edilir. Zavod çörəyi istehsal edən çox yaxşı müəssisələr də var. O müəssisələrdə insan müdaxiləsi demək olar ki olmur. Kənar cismlərin çörəyin içinə düşməsi istisna olunur. Amma bununla berabər yaxşı olmayan fabriklər də var. Bazarın ən liberal seqmenti çörək bişirmə sahəsidir. Bu işlə hər kəs məşğul ola bilir. Bu sahədə nə qədər rahatçılıq olacaqsa, bir o qədər problemlər yaranacaq və yaşanır".

Ekspert bildirib ki, sosial və zavod çörəyin üstünün də, altınında yetişmiş sümbül rəngində olmalıdır:

"Ölkədə sosial çörək bişirən müəssisələr var. Qeyd edim ki, sosial və zavod çörəyin üstüdə altı da yetişmiş sümbül rəngində olmalıdır. Əgər çörəyin üstündə çatlar varsa, bu çörəyə şəkər vurulub. Bu isə yolverilməzdir. Bəzi sosial çörək istehsalçıları çox çörək istehsal etsin deyə xəmirə daha çox maya qatır. Amma standartlara uyğun əhalinin sağlamlığına önəm verən, az istehsal edib, xəmirə az maya qatan fabriklər də var. Düşünürəm ki, bu şəkildə istehsal olunan çörək zavodlarına daha çox önəm verilməlidir. Çox təəssüf ki, Binə çörək fabrikində olmamışam.
Mətbuat üçün çörək zavodlarının qapısı açıq olmalıdır. Orada baxış keçirmək mümkün olsun. Əgər çörəkdən yad bir cisim çıxırda bu zaman sanitariyadan danışmaq olmaz".

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
19
sonxeber.az

1Mənbələr