AZ

Ermənilər hansısa təxribatçı bir keşişin çağırışlarına uymamalı, daha ağıllı addımlar atmalıdırlar – Azər Həsrət

Ermənistanda baş verən proseslərin önündə keşişin getməsi, ümumiyyətlə dinin siyasi proseslərə alət edilməsi bizim üçün təəccüblü deyil. Çünki yüz illər ərzində erməniləri məhz bu keşişlər, din adamları bəladan-bəlaya daşıyıb.

Bu fikirləri Herbiand.az-a siyasi şərhçi Azər Həsrət bildirib:

“Bu bir erməni xarakteridir. Onların din adamları özlərinin hər cür alverləri üçün milləti qırğına verməyə həmişə hazır olublar. Bu indi də belədir. Keşişin başlatdığı bu hərəkat Ermənistanı uçuruma aparmaq məqsədi güdür. Çünki onun tələblərinə əməl edəcəyi təqdirdə Ermənistan Azərbaycanla hərb meydanında qarşılaşmalı olacaq. Bunun da nə demək olduğunu 2020-ci ilin 44 günlük savaşında bütün dünya gördü. O baxımdan keşişlərin bu hərəkətləri təxribatdan başqa bir şey deyil. Ermənistan və ermənilərə xidmət etmir. Əksinə Ermənistanı dizə gətirmək istəyən xarici dövlətlərə xidmət edir”.

Siyasi şərhçi dinin siyasətə alət edilməsinin hər zaman fəlakət və faciələrlə müşayiət olunduğunu deyib:

“Qonşu İranda baş verənlərə nəzər salsaq, bunun bariz nümunəsini görmüş olarıq. 1979-cu ildə İran İslam dövlətinə məhz dinin sayəsində çevrildi. Və bundan sonra tam dünyəvi bir dövlət olan İran dünyanın üz qarasına çevrildi. Yəni bu gün İran dünyanın ən yaşanmaz ölkələrindən biridir. Dinin bir dövləti gətirib çıxaracağı vəziyyətin bariz nümunəsi budur. Bu baxımdan da ermənilər hansısa təxribatçı bir keşişin çağırışlarına uymamalı, özlərini və dövlətlərini qorumaq üçün daha ağıllı addımlar atmalıdırlar”.

Elnurə İSAXAN

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
101
herbiand.az

1Mənbələr