AZ

ABŞ-dan Rusiyaya daha bir qadağa: Bayden qanunu imzaladı

ABŞ Prezidenti Co Bayden Rusiyadan zənginləşdirilmiş uranın idxalını qadağan edən qanun layihəsini imzalayıb.

Bakupost.az xarici KİV-ə istinadən xəbər verir ki, ABŞ-ın milli təhlükəsizlik müşaviri Ceyk Sallivan imzalanan qanun layihəsi ilə ABŞ-ın nüvə sektorunda liderliyini yenidən bərpa etdiyini bildirib.

O, bununla ABŞ-ın mülki nüvə enerjisi üçün Rusiyadan asılılığını azaltmaqla, öz enerji və iqtisadi təhlükəsizliyini gücləndirəcəyini deyib.

"ABŞ Konqresi tərəfindən Baydenin tələbi ilə bu yaxınlarda ayrılan 2,72 milyard dollarlıq maliyyə ilə ABŞ-dakı zənginləşdirmə imkanlarımız sürətlənəcək və nüvə sektorunda uzunmüddətli böyüməyə qərarlı olduğumuza dair sənayeyə açıq bir mesaj verəcəyik”.

Qeyd edək ki, qanun layihəsinin qüvvəyə minməsindən 90 gün sonra Rusiyadan zənginləşdirilmiş uranın idxalı qadağan ediləcək.

Vasif
BakuPost
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
194
25
bakupost.az

10Mənbələr