AZ

Qadını nişan üzüyünə görə ƏLƏ SALDILAR

Qadını nişan üzüyünə görə ƏLƏ SALDILAR

Qadına brilianta bənzəyən, lakin qiyməti ucuz olan mozanitdən hazırlanmış nişan üzüyü verilib.

Sonxeber.az xarici mənbəyə istinadən xəbər verir ki, "New York City" stilisti Kelsey Kotsur, xəyallarındakı mozanit nişan üzüyünü ala bildiyi üçün xoşbəxt olduğunu deyib. Görünü etibarilə almaza bənzəyən bu mineral bir vaxtlar "ulduzlardan gələn daş" olaraq adlandırılıb.

Günümüzdə bu mineral daha çox almaz hasilatında ekoloji cəhətdən laboratoriyalarda istehsal olunur. Hazırlanan daşın dəyəri orta səviyyədən dörddə bir qədər aşağıdır. Ancaq bəzi insanlar evlilik üzüyünün qiyməti aşağıdırsa, qarşısındakını aşağılayır yaxud ələ saldığını deyə bilərik. Sözügedən stilistin başına məhz bu gəlib. Kelysey küçədə gəzən zaman bir nəfər on yaxınlaşaraq bunlar deyib: "Aman Allah! Üzüyünüz çox gözəldir. Həqiqətən bahalı olmalıdır".

Kelsey cavab olaraq: "Xeyir. Bu gördüyünüz mozanit daşıdır. Olduqca münasib qiymətədir. Özü də pis deyil və aldığımız mağazada çox gözəldir" - deyib.

Üzüyün mineral daşdan hazırlandığını eşidən adam bunun "saxta almaz" olduğunu bildirib. Əlbəttə ki, qadın bu cür cavaba sərt reaksiya verib. Kelsey insanları seçdikləri üzüyə görə qiymətləndirməyin düzgün olmadığını deyib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
21
sonxeber.az

1Mənbələr