AZ

Keniyada daşqınlar nəticəsində ölənlərin sayı 277 nəfərə çatıb

Keniyada daşqınlar nəticəsində ölənlərin sayı artıb.

BiG.AZ xəbər verir ki, ölənlərin sayı 277 nəfərə çatıb.

Bu barədə hökumət sözçüsü İsaak Maura ölkəyə təsir edən daşqınlarla bağlı mətbuata açıqlama verib.

Maura bildirib ki, pis hava şəraiti təqribən 411 min insana, 56 min ailə isə evlərini tərk etməli olub.

Ölkə üzrə 62 səhiyyə mərkəzinə ziyan dəydiyini qeyd edən Mwaura epidemiyaların meydana çıxmağa başladığını və 53 xolera halının aşkarlandığını bildirib.


BiG.Az
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
87
big.az

1Mənbələr