AZ

Ermənistanda Paşinyan administrasiyasına qarşı etirazlar davam edir

Ötən həftə Ermənistanın paytaxtı İrəvanda kilsənin rəhbərliyi ilə Azərbaycanla sərhədin müəyyənləşdirilməsi prosesinin dayandırılması və baş nazir Nikol Paşinyanın istefası tələbi ilə başlayan etiraz aksiyaları bu gün də davam edib.
Sitat.info xəbər verir ki, erməni mətbuatında yer alan xəbərə görə, bu gün İrəvanda fəallar əsas prospekt və küçələrdə nəqliyyatın hərəkətini dayandırmağa çalışıb, nümayişlər keçirilib və polis fəallara qarşı müdaxilə edib.

Polis qüvvələri onların göstərişlərinə əməl etməyən fəalları saxlayıb. Saxlanmalar zamanı etirazçılar, o cümlədən müxalifət deputatları ilə polis arasında vaxtaşırı toqquşmalar olub. Saxlanılanların sayının 38-i ötdüyü bildirilib.

Saxlanılanlar arasında JCAG terrorçusu Sasunyan da var
Saxlanılanlar arasında 1982-ci ildə Los Ancelesin baş konsulu Kamal Arıkanı şəhid edən erməni terror təşkilatı JCAG üzvü Hampiq Sasunyanın da olduğu, lakin terrorçunun polisə aparılmadan sərbəst buraxıldığı açıqlanıb.

İrəvandakı nümayişlərə rəhbərlik edən arxiyepiskop Baqrat Qalstanyan İrəvan küçələrində gəzintisini və tərəfdar toplamaq səylərini davam etdirib.

Məlum olub ki, Qalstanyan da Kanada vətəndaşıdır. Arxiyepiskop Qalstanyan keçirdiyi mətbuat konfransında Ermənistan vətəndaşlığından əlavə Kanada vətəndaşı olub-olmaması ilə bağlı suala cavab olaraq bildirib ki, Kanada vətəndaşlığı onun üçün sadəcə bir sənəddir və lazım gələrsə, Kanada vətəndaşlığından imtina edə bilər.

Qalstanyan İrəvanda tərəfdar toplamağa davam edərkən, İrəvanda yolların bağlanması, iş yerlərini və tələbələrin sinif otaqlarını tərk edib aksiyalara qoşulması davam edir.

Digər tərəfdən, İrəvandan kənarda fəallar Armavir-Gümrü avtomobil yolunu da bağlayıblar.

Xatırladaq ki, erməni kilsəsinin təşkilatçılığı ilə bəzi vətəndaşlar və siyasətçilər mayın 4-də Tavuş şəhərindən, mayın 8-də isə  Gümrü şəhərindən paytaxta yürüşə başlayıblar.

Arxiyepiskop Baqrat Qalstanyanın təşkil etdiyi “Vətən üçün Tavuş” adlı yürüşün iştirakçıları və İrəvandan gələnlər mayın 9, 10 və 12-də Respublika meydanında mitinqə toplaşıblar.

Qalstanyan və mitinqdə iştirak edənlər baş nazir Nikol Paşinyanın istefasını tələb ediblər. son mitinqdə Qalstanyan mayın 13-dən İrəvanda yolların bağlanmasına, şəhərin hərəkətini iflic etməyə, işdən və dərsdən imtana edib aksiyaya qatılmağa çağırış etmişdi. 

Nərgiz,

Sitat.info

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
91
sitat.info

1Mənbələr