AZ

Baş məşqçi postunu danimarkalıya tapşıracaq? – Premyer Liqa təmsilçisi

“Brentford”un çalışdırıcısı Tomas Frank “Mançester Yunayted”in baş məşqçi postuna namizədlərdən biridir.

Sportinfo.az xəbər verir ki, bu barədə “The Telegraph” məlumat yayıb.

50 yaşlı mütəxəssis İngiltərədəki işində özünü yaxşı tərəfdən göstərib. 2018-ci ildə “Brentford”a baş məşqçi təyin olunduqdan sonra Frank komandanı Premyer Liqaya çıxarıb.

Bundan başqa, danimarkalı mütəxəssisin “Mançester Yunayted”in ortaq sahibləri ilə yaxşı münasibəti var. “Qırmızı şeytanlar”ın rəhbərliyi Erik ten Haqın istefaya göndərilməsinə qərar verərsə, Frankın namizədliyi prioritetlərdən biri olacaq.

“Brentford” İngiltərə çempionatında bu mövsüm 37 turdan sonra 39 xal toplayaraq, 16-cı yerdədir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
76
sportinfo.az

1Mənbələr