AZ

Yığmamız ənənəvi turnirdə 3 medal qazanıb

Mayın 11-13-də Rusiyanın Kaspiysk şəhərində gənc (U-20) yunan-Roma güləşçiləri arasında Surakat Asiyatilov Memorialı keçirilib.

İdman.biz xəbər ki, Azərbaycan güləşçiləri ənənəvi turniri 3 medalla başa vurublar.

Yarışda məşqçilər Emin Əhmədovla Zöhrab Abbasovun rəhbərliyi altında çıxış edən komandanın heyətində Təvəkgül Həziyev (67 kq) gümüş, Tural Əhmədovla (60 kq) Cocu Səmədov (87 kq) isə bürünc medal qazanıb.

Memorialda beynəlxalq hakimlərimizdən Həbib Nurulu və Kənan Hacıəliyev ədaləti qoruyub.

Qeyd edək ki, Surakat Asiyatilov Memorialında 7 ölkədən 190 güləşçi mübarizə aparıb.

İdman.biz

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
218
2
idman.biz

6Mənbələr