AZ

“Ayaks” 35 yaşlı məşqçiyə etibar ediləcək

Niderland mətbuatı “Ayaks”ın yeni baş məşqçisinin adı bəlli olduğunu yazıb.

İdman.biz xəbər verir ki, Amsterdam klubu Françesko Farioli danışıqları yekunlaşdırıb.

“Ayaks” keçidin rəsmiləşməsi üçün italiyalı mütəxəssisin işlədiyi “Nitsa” ilə razılığa gəlməlidir. Farioli 2023-cü ildən Fransa klubuna başçılıq edir. Komanda onun başçılığı ilə sona 1 tur qalmış 54 xalla 5-ci pillədə qərarlaşıb.

Qeyd edək ki, 35 yaşlı məşqçi əvvəllər Türkiyənin “Karagümrük” və “Alanyaspor” klublarında işləyib.

İdman.biz

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
88
idman.biz

1Mənbələr