AZ

Latviya Ukrayna üçün mərmilərə 10 milyon avro ayırır

Latviya Çexiya təşəbbüsünə 10 milyon avro ianə edir, bu təşəbbüs çərçivəsində Ukrayna üçün artilleriya mərmiləri alınır.

Qaziler.az Delfi-yə istinadən xəbər verir ki, bunu Latviyanın müdafiə naziri Andris Spruds deyib.

Spruds bildirib ki, Ukrayna üçün cəmi 10 milyon avroya 3 min 155 mm-lik artilleriya mərmisi alınması planlaşdırılır.

Eyni zamanda, nazir qeyd edib ki, iyunda dron koalisiyasının tərkibində dronların ikinci partiyasının Ukraynaya göndərilməsi planlaşdırılır. Ukrayna əsgərləri müxtəlif gücə malik minə yaxın dron alacaqlar.

Koalisiyaya üzv ölkələr Ukrayna üçün pilotsuz təyyarələrin alınmasına yarım milyard avrodan çox vəsait ayırıb.

Ümumilikdə, Latviya 2024-cü il üçün 112 milyon avro ayırmağı planlaşdırıb ki, bu da ümumi daxili məhsulun (ÜDM) 0,25%-ni təşkil edir.

QAZİLER.AZ

 

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
84
qaziler.az

1Mənbələr