AZ

Tanınmış aparıcıdan “Analar Günü“ ilə bağlı maraqlı təklif

Hər il Azərbaycanda "Analar Günü"nün təsis edilməsi barədə müzakirələr gedir. 

Yenisabah.az xəbər verir ki, tanınmış teleaparıcı Amil Xəlil bu barədə maraqlı təkliflə çıxış edib. 

O, aparıcısı olduğu “Gəl danış” proqramında bu günün aprel ayının 28-də - tanınmış oftalmoloq-alim Zərifə Əliyevanın doğum günündə keçirilməsini təklif edib. 

 A.Xəlil bildirib ki, Azərbaycanda "Analar Günü"nün tənzimlənməsi məsələsinə baxıla bilər, o, rəsmi dövlət qurumlarına müraciət edərək məsələyə baxılmasını istəyib.

Qeyd edək ki, “Analar Günü” günlər başqa ölkələrdə də qeyd edilir.

Həmin gün Beynəlxalq Qadınlar Günündən fərqli olaraq, anaları və hamilə qadınları təbrik etmək qəbul olunub. Bir çox ölkələrdə bu gün müxtəlif günlərə təsadüf edilir. Ümumiyyətlə, dünyada "Analar Günü" may ayının ikinci bazar günü qeyd edilir. 


Telegram kanalımız
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
90
1
yenisabah.az

2Mənbələr