AZ

Dövlət Departamenti: Gürcüstan hökuməti öz kursunu dəyişməlidir

Bizim fikrimizcə Gürcüstan hökuməti öz kursunu dəyişməlidir. APA-nın Tbilisi müxbiri xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin mətbuat katibinin müavini Vedant Patel keçirdiyi brifinqdə deyib.

“Biz Gürcüstanla 30 ildən çoxdur mövcud olan münasibətlərimizi və tərəfdaşlığımızı yüksək qiymətləndiririk və bu əməkdaşlığı dərinləşdirmək istəyirik. Əməkdaşlıq üçün hələ də vaxt var. Lakin bizim fikrimizcə Gürcüstan hökuməti hazırkı kursunu dəyişməlidir”, - Patel deyib.

Vedant Patel qeyd edib ki, Gürcüstan hökuməti konstitusiyada da göstərildiyi kimi Aİ-yə və NATO-ya üzv olmaq istədiyini bəyan edib, lakin “xarici təsir” qanunu kimi məsələlər bu hədəflərə uyğun gəlmir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
102
2
apa.az

3Mənbələr