AZ

Dünyada ən çox uşağın aclıqdan əziyyət çəkdiyi ölkənin adı açıqlanıb

BMT Nigeriyanın şimal-şərqində milyonlarla uşağın ərzaq və qidalanma böhranı ilə üzləşdiyini bildirib.

Bu barədə “Report” xarici mətbuata istinadən xəbər verir.

BMT Nigeriyanın paytaxtı Abuca şəhərində "2024-cü ilin quraq mövsümündə ərzaq təhlükəsizliyi və qida böhranı planı"adlı tədbir təşkil edib.

BMT-nin humanitar yardım üzrə koordinatoru və Nigeriyadakı daimi nümayəndəsi Məhəmməd Fall proqramın açılışında çıxış edərək terror aktlarının ölkənin şimal-şərqindəki Adamava, Borno və Yobe əyalətlərinə mənfi təsir göstərdiyini söyləyib.

Fall vurğulayıb ki, əyalətlərdə 5,9 milyon uşaq qida böhranı ilə üz-üzədir. Bu, dünyada ən yüksək göstəricidir: "Borno, Adamava və Yobe əyalətlərində də 5 yaşınadək 700 min uşaq yetərincə qidalanmır".

Fall qeyd edib ki, ölkədə ərzaq və qidalanma böhranının fəlakətli inkişafının qarşısını almaq üçün 306 milyon dollar maliyyə tələb olunur.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
237
5
report.az

6Mənbələr