AZ

ABŞ İsrailə bir milyard dollar dəyərində yeni silah tədarükü təklifi üzərində işləyir

Bakı. Trend:

ABŞ Prezidenti Cozef Baydenin administrasiyası İsrailə dəyəri 1milyard dollardan çox olan yeni silahların verilməsi təklifiüzərində işləyir.

Trend-inməlumatına görə, bu barədə “The Wall Street Journal” (WSJ) məlumatyayıb.

Məlumata görə, buna 700 milyon dollarlıq tank sursatları, 500milyon dollarlıq taktiki maşınlar və 60 milyon dollarlıq minaatanmərmiləri daxildir.

Nəşrin qeyd etdiyi kimi, silah tədarükünü davam etdirmək qərarıBaydenin İsrail hakimiyyəti ilə fikir ayrılıqlarını dərinləşdirməkistəmədiyini vurğulayır.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
141
az.trend.az

1Mənbələr