Bakı Mühəndislik Universiteti (BMU) Pedaqoji fakültəsinin Azərbaycan dili və pedaqogika kafedrasının müdiri, professor Təranə Hacıyevanın “Linqvopolitologiyanın aktual problemləri” adlı kitabı nəşr edilib.
Tehsil.biz xəbər verir ki, kitabda “Linqvopolitologiya fənlərarası elm sahəsi kimi”, “Linqvopolitologiyanın nəzəri məsələləri”, “Linqvopolitologiyanın predmet və problemləri”, “XXI əsrin səciyyəvi dilxarici və dildaxili amillərinin linqvopolitoloji aspekti”, “Dil siyasəti”, “Qloballaşma və lokallaşma proseslərinin türk dövlətlərinin dil siyasətinə təsiri” və “Müstəqil Azərbaycanın dövlət dil siyasətinin hüquqi-linqvistik cəhətləri” mövzuları geniş şəkildə əhatə olunub.
Monoqrafiya Аzərbаycаn dilçilik elmində ilk linqvopolitoloji tədqiqаtdır və iki еlmin qovşаğındа yаrаndığındаn həm qlobаlistikа, politologiyа, həm də dilçilik kurslаrındа, bundan başqa ali məktəblərin filologiya, beynəlxalq hüquq, sosiologiya, tarix və digər humanitar yönümlü fakültələrində istifаdə еdilə bilər. Kitabdakı elmi qənaət və müddəalara gələcək elmi araşdırmalarda mənbə kimi müraciət etmək mümkündür.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta