AZ

Dövlət Məşğulluq Agentliyi 67 milyon manatlıq inək, qoyun, qoç, keçi alır - SİYAHI

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Məşğulluq Agentliyi "İdxal inək, idxal qoyun, idxal qoç, keçi, təkə, arı ailəsi və digər malların alınması və özünüməşğulluq layihəsi çərçivəsində təchizatı işlərinin satın alınması" ilə bağlı elan etdiyi tenderə yekun vurub.

İqtisadiyyat.az xəbər verir ki, tenderin qalibi “"Agro Best" Qapalı Səhmdar Cəmiyyəti olub.

QSC Agentliyə 6.560 ton paketlənmiş qarışıq yem, eləcə də:

- çəkisi minimum 265 kq olan və 3 yaşa qədər 18.000 baş inək,

- çəkisi minimum 45 kq olan və 2-4 yaş arası 40 000 baş qoyun,

- çəkisi isə minimum 55 kq olan və 2-4 yaş arası 2 000 baş qoç,

- çəkisi minimum 35 olan və 2-4 yaş arası 4 000 baş keçi,

- çəkisi isə minimum 40 kq olan və 2-4 yaş arası 400 baş təkə,

- minimum 15000 sayda işçi arıdan ibarət olan 10.000 arı ailəsi,

- 500 dəst arıçı geyimi və 500 ədəd bal süzən aparat verəcək.

Agentlik bunun müqabilində QSC-yə 66 854 876 manat ödəniş edəcək. Artıq qeyd olunan məbləğin ödənilməsi ilə bağlı müqavilə bağlanıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
11
1
iqtisadiyyat.az

2Mənbələr