AZ

Rusiyanın Ukraynada hərbi uğuru qalibiyyətə gətirməyəcək

Rusiya Ukraynada cəbhə xəttində taktiki uğurlar əldə etməkdədir. Bu Rusiyanın Ukraynada tam qalib gəlməsinə gətirib çıxarmayacaq.

Çünki kollektiv Qərb Rusiya qarşısında strateji məğlubiyyəti ola bilər. Rusiya Şərqi Avropanı nəzarətə götürməklə, NATO varlığını sual altına qoya bilər. Ona görə də ABŞ Ukraynaya ayırdığı hərbi yardımları daha da artıracaq.

Avropa ölkələri, xüsusilə Fransa Ukraynaya qoşun göndərə bilər. ABŞ dövlət katibi Entoni Blinken Kiyevə səfər edib. Ukraynaya hərbi yardımlar intensivləşəcəyi gözlənilir. Qeyd edim ki, müharibənin ilk ayında Rusiya Kiyevə yaxınlaşmışdı. Kiyevə desantlar atmışdı. Nəticəsi isə, Rusiya üçün ağır oldu. Hazırda Rusiya da ordusunu gücləndirib. Müdafiə sənayesini inkişaf etdirib. Qərbdə müharibə şəraitinə keçir. Növbəti hərbi qarşıdurma həlledici olacaq və müharibənin taleyini həll etməsi baxımından əhəmiyyətli olacaq.

Məhəmməd Əsədullazadə

MCP Başqan müavini

visiontv.az



Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
123
2
visiontv.az

3Mənbələr