AZ

Ərdəbildə sosial media fəalları həbs edilib

Ərdəbil şəhərində 4 sosial media fəalı həbs edilib və 435 sosial media hesabının fəaliyyətinə qadağa qoyulub.

Bu barədə əyalətin polis qüvvələrinin komandanı Cavad Nəqəvi məlumat verib.

O, bunun "hicab və islami dəyərlər"in tətbiqini nəzərdə tuttan "Nur layihəsi"nin icrası çərçivəsində həyata keçirildiyini söyləyib.
 
Nəqəvi, eyni halda saxlanılan daha 6 nəfərin dindirilib və yazılı iltizam alındıqdan sonra sərbəst buraxıldıqlarını, 15 nəfər barədə cinayət işinin açıldığını deyib.

Qeyd edək ki, cari ilin aprelin 13-dən İranın əksər şəhərində məcburi hicab qaydaları ilə bağlı tədbirlər gücləndirilib.

Bu, vətəndaşlarla hökumət məmurları arasında qarşıdurmalara və onlarla şəxsin həbs edilməsinə səbəb olub.

Qaydaların daha da sərtləşdirilməsi bir müddət öncə Əli Xaməneinin məcburi hicab qaydalarının tətbiqi ilə bağlı çağırışından sonra başlayıb.

"Biz heç vaxt hicab məsələsində güzəşt etməmişik, hicab bizim əsas prinsiplərimizdən biridir",- deyə Xamənei bildirmişdi.

visiontv.az



Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
85
1
visiontv.az

2Mənbələr