AZ

Nazir: 77 şagirdimiz qabaqcıl dünya universitetlərinə qəbul alıblar

77 şagirdimiz dünyanın qabaqcıl universitetlərinə qəbul alıb.

APA xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev bu gün keçirilən “Ən yaxşı təqdimat” müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimində çıxışı zamanı deyib.

O bildirib ki, son illər Respublika fənn olimpiadalarına qatılan uşaqlar arasında 9, 10 və 11-ci sinif şagirdləri ilə yanaşı 8-ci sinif şagirdləri də var:

“Fənn olimpiadalarında iştirak edən şagirdlərin ümumi sayı isə 40 min nəfərdir”.

Nazir, həmçinin əlavə edib ki, xaricə təhsil üçün müraciət edən 220 nəfərdən 77 nəfəri qabaqcıl dünya universitetlərinə qəbul alıblar:

Onlar arasında tam təqaüd alanlar da var. Bu çox müsbət dinamikadır. Respublika daxilində keçirilən olimpiadalar təbii ki, müsbət nəticələrə hesablanıb”.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
43
2
apa.az

3Mənbələr