AZ

“Liderlik Akademiyası”nda növbəti görüş və təlim keçirildi – FOTOLAR

“Gənclərin Təşəbbüsünə və İnkişafına Dəstək” İB-nin və “Academix” İnkişaf və Karyera Mərkəzinin təşkilatçılığı ilə “Liderlik Akademiyası”na seçilmiş GƏNC LİDERLƏRLƏ növbəti görüş və təlim keçirilib.

İnterpress.az xəbər verir ki, “Liderlik Akademiyası”nda növbəti görüş və təlim qardaş Türkiyənin Gençliğe Yardım Vakfında baş tutub.

Gənc liderlərimizlə görüşə gələn Qərbi Azərbaycan İcmasının Sözçüsü Ülviyyə Zülfiqar, Uzman Klinik Psixoloq, Azərbaycan Türkiyə Gənclərinin Dostluq Cəmiyyəti və Azərbaycan Ülkü Ocakları başkanı Hakan Seyhan, Baku TV-nin əməkdaşı, telejurnalist İsmayıl Yaşaroğlu, Azərbaycan-Slavyan Gəncləri Assosiasiyasının sədri, 7news saytının baş redaktoru Səbuhi Abbasov, Öndə Gənclər İB-nin sədri, karyera istiqaməti üzrə təlimçi Fərhad Abdulov, Azərbaycanın məşhur yaşam Kocu Ülvi Yolcuyev respublikamızda uşaq və gənclər siyasətinin uğurla davam etdirildiyini, təmsil etdikləri qurumların uşaq hüquqları ilə bağlı prioritetlərini qeyd edib, bu gün böyük uğurlara imza atmış Liderlik Akademiyasında təmsil olunan məktəblilərinə bilik və intellektual səviyyəsindən, fəal vətəndaşlar kimi tərbiyələnməsindən məmnun olduqlarını vurğulayıblar.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
66
interpress.az

1Mənbələr