Birləşmiş Ştatlar və Britaniya müsadirələrə üstünlük versə də, Fransa, Almaniya, İndoneziya, İtaliya, Yaponiya və Səudiyyə Ərəbistanı kimi ölkələrdən əhəmiyyətli etirazlar gəlib. Onlar iddia edirlər ki, müsadirə pis presedent, suverenliyin pozulması olacaq və hüquqi problemlərə, maliyyə qeyri-sabitliyinə və Qərbin xaricdəki aktivlərinin müsadirə edilməsinə səbəb ola bilər.
Müsadirə ideyası hələlik ölü kimi görünür. Lakin Rusiyanın həmin aktivlərindən əldə edilən gəlirin - sanksiyalardan irəli gələn yığılmış nağd pul üzrə faizlərin müsadirə edilməsi və istifadəsi təklifləri kifayət qədər yer qazanır. Avropalılar və amerikalılar hesab edirlər ki, bu mənfəətlər qlobal maliyyə sistemi üçün eyni hüquqi problem və ya risklər yaratmadan istifadə edilə bilər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31