AZ

Trampın "Boeing"i Florida hava limanında digər təyyarə ilə toqquşub


ABŞ-nin keçmiş prezidenti Donald Trampın Boeing 757 təyyarəsi Florida ştatındakı hava limanında başqa bir təyyarə ilə toqquşub.

Faktmedia xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.

Agentliyin məlumatına görə, Trampın təyyarəsi "West Palm Beach" Beynəlxalq Hava Limanında qanadı ilə biznes təyyarəsinə çırpılıb.

ABŞ Federal Aviasiya Administrasiyasının (FAA) hesabatında qeyd olunur ki, özəl Boeing 757 təyyarəsi park edilmiş korporativ təyyarəni vurub, baxmayaraq ki, sənəddə təyyarənin Trampa məxsus olması göstərilmir. Şöbə araşdırma aparır.

Bundan başqa, eks-prezidentin qərargahı "Reuters"in sorğusuna cavab verməyib. Agentliyin məlumatına görə, şənbə günü Tramp Nyu Cersidə mitinq keçirib və təyyarə ilə bağlı insident bazar günü yerli vaxtla saat 1 radələrində "West Palm Beach"ə eniş etdikdən sonra baş verib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
131
4
faktmedia.az

6Mənbələr