AZ

İndoneziyada daşqınlar nəticəsində ölənlərin sayı 58-ə çatdı

İndoneziyada torpaq sürüşməsi və daşqınlar nəticəsində ölənlərin sayı 58-ə yüksəlib.

Bakupost.az xəbər verir ki, Milli Fəlakətlə Mübarizə Agentliyinin sözçüsü Əbdül Muhari, daşqınlar səbəbindən yüzlərlə evin su altında qaldığını və 1500-dən çox ailənin bölgədən təxliyə edildiyini açıqlayıb.

Muhari həyatını itirənlərin sayının 58-ə yüksəldiyini, yaralanan 33 nəfərin isə xəstəxanaya yerləşdirildiyi bildirib.

O, deyib ki, itkin düşdən 35 nəfərin tapılması üçün pis hava şəraiti səbəbiylə dayandırılan axtarış-xilasetmə işləri yenidən başlayıb.

İndoneziya Meteorologiya, İqlim və Geofizika Agentliyinin (BMKG) prezidenti Dvikorita Karnavati də Qərbi Sumatrada daha güclü yağış və daşqınların gözlənildiyini qeyd edərək, sakinlərə və turistlərə diqqətli olmağı tövsiyə edib.

Elnur
BakuPost
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
64
bakupost.az

1Mənbələr