AZ

Yığmanın debütantı: “Zəif ola bilərik, amma...”

“15 ildir voleybolla məşğulam və ilk dəfədir milli komandaya cəlb olunmuşam”.

İdman.biz xəbər verir ki, bunu Azərbaycan millisinin voleybolçusu Cavid Əzimov deyib.

O, Qızıl Avropa Liqasına hazırlıqla bağlı danışıb. Debütantın sözlərinə görə, yığmada əksər voleybolçu gəncdir: “Çətin rəqiblərimiz var. Rumıniya və Ukrayna komandaları olduqca güclüdür. Onlardan oyun cəhətdən zəif ola bilərik, amma bu o demək deyil ki, məğlubiyyət gözləyirik. Məşqlərimiz çox gözəl keçir. Bu hazırlığın nəticəsində də inanırıq ki, evimizdə qələbə qazanacağıq”.

Qeyd edək ki, Azərbaycan yığması Qızıl Avropa Liqasında ilk oyununu mayın 17-də Rumıniyaya qarşı keçirəcək.

Banuçiçək Hüseynli
İdman.biz

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
94
idman.biz

1Mənbələr