AZ

Voleybol yığmasının kapitanı: Gənc oyunçulara lazımi dəstəyi verəcəyik

Bakı, 15 may, AZƏRTAC

"Hazırlıqlarımız çox yaxşı keçir. Gənc oyunçular da bizimlə birlikdədir. Onlara lazımi dəstəyi verəcəyik".

AZƏRTAC xəbər verir ki, bu sözləri kişi voleybolçulardan ibarət Azərbaycan millisinin kapitanı Vüqar Bayramov Qızıl Avropa Liqasına hazırlıqlar barədə danışarkən deyib.

O, rəqiblərin ciddi komandalar olduğunu bildirib: "İlk görüşümüz Rumıniya seçməsinə qarşı olacaq. Təcrübəli komandadır. İkinci matçdakı rəqib isə son iki mövsümdə Qızıl Avropa Liqasında final oynayan Ukrayna yığması olacaq. Düşünürəm ki, nəticə ilə bağlı indidən fikir bildirmək tez olar. Hər şey oyunlardan sonra məlum olacaq".

Qeyd edək ki, milli komanda mübarizəyə mayın 17-də start verəcək. Mayın 17-19-da Azərbaycanda baş tutacaq ilk turda rəqiblər Rumıniya və Ukrayna yığmaları olacaq. Mayın 24-dən 26-dək Belçikada keçiriləcək ikinci turda isə milli komandamız meydan sahibi ilə yanaşı, Şimali Makedoniya yığması ilə üz-üzə gələcək. Üçüncü tur 31 may-2 iyunda Estoniyada reallaşacaq. Burada rəqiblər ev sahibi komanda və Lüksemburq olacaq.

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
77
azertag.az

1Mənbələr