AZ

Ətraf mühit aktivisti Ermənistanın 2 çirkləndirici təsisatını aşkarlayıb

Güneyli ətraf mühit aktivisti həkim Əhməd Baybverdi Ermənistanın 2 təsisatının çirkablarının Araz çayına buraxıldığını aşkarlayıb.

Həkim Baybverdi bundan əvvəl Güney Azərbaycanın ətraf mühitinin çirkləndirilməsi barədə ifşalarına görə mayın 2-də vəzifəsindən qovulub. 

O, Şərqi Azərbaycan Əyaləti Kənd Təsərrüfatı və Təbii Resuslar Tədqiqat Mərkəzinin sədiri olub. 

Aktivist mayın 14-də öz “X” hesabında yazıb: “Ermənsitanın 2 çirkləndirici təsisatını müəyyənləşdiridim. 

Onlardan biri Nurduz sərhəddində  yerləşir və çirkablarını Araz çayına axıdır. 

Bu hərəkətlər Ermənistanın beynəxalq müqavilələrə və konvensiyalara etinasız yanaşdığına, həmçinin çirkləndirmənin qarşısını almaq üçün ciddi olmadığına dəlalət edir.

 İrən tərəfində isə əkin məhsulları həmin çirkli sularla suvarılır”.

Həkim Baybverdi digər bir çirkləndirici təsisat barədə xəbərdarlıq edib: 

“bölgədə iri yataqlardan biri olan Ermənsitanın Kacaran açıq mis və molibden yatağı ağır metal zərrəçikləri olan zavodun çirkablarını Araza boşaldır. 

Ermənsitan tullantıların çaya axıdılması qarşısını almaq üçün illər öncə öhdəlik götürüb. İran səsmiləri bu barədə yoxlama aparmaq və sübut sənədləri təqdim etməklə tədbir görməlidirlər”.

Xatırladaq ki, Araz çayı Şərqi Azərbaycan və Ərdəbil əyalətlərinin ərazilərində axır. Ermənistan öz sənaye çirkab və tullantılarını Araz çayına buraxmaqla həmin bölgənin ətraf mühitinin çirklənməsinə, müxtəlif xərçəng xəstəliklərinin artmasına səbəb olur. 

Ərdəbil Əyaləti Tibb Elmləri Universitetinin səhiyyə işləri üzrə vəzifəlisi dr. Məhəmməd Cəfəzadə bu barədə martın 30-da deyib: “Ərdəbil mədə xərçəngi üzrə əyalətlərin sırasında birinci yeri tutur”. 

visiontv.az



Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
69
1
visiontv.az

2Mənbələr