AZ

Nitq inkişafının ləngiməsi müalicəsində -transkranial mikropolyarizasiya metodu

Nitq inkişafının ləngiməsinin müalicəsində transkranial mikropolyarizasiya metodunun istifadəsi


"Medicina" xəbər verir ki, hamiləlik patologiyalarının, doğuş travmalarının, bətndaxili infeksiyaların artması uşaqlarda müxtəlif hərəki və nitq pozulmalarının meydana çıxmasına səbəb olur.

Bu patologiyalar arasında nitq inkişatinın ləngimələrinə daha çox rast gəlinir. Statistikaya görə, hər 4 uşaqdan birində nitq inkişatinın ləngiməsi müşahidə olunur. Nitq inkişatinın ləngiməsi əqli gerilik və ya pedaqoji hazırsızlıqla əlaqəli olmayan, nitq mərkəzlərinin ləng
yetkinləşməsi nəticəsində meydana çıxan nevroloji problemdir. Normada uşaqlarda 3 yaşında tam formalaşmış nitq olmalıdır.

Nitq mərkəzlərinin ləng yetkinləşməsi müşahidə olunan uşaqların intellectual inkişati yaşına uyğun olsa belə, uşaqlarda öz yaşına uyğun nitq formalaşmır.

Uşaq deyilənləri anlayır, lakin söz ehti'yatinın azlığı və nitq mərkəzinin işinin qeyri- yetkinliyi səbəbindən düzgün cümlə qura bilmir və daha çox jestlərdən istifadə edir. Mərkəzi sinir sisteminin funksional vəziyyətini qiymətləndirməküçün uşağın hərəki, əqli, nitq, yaddaş, anlama, qavrama və s. bacarıqları müayinə olunmalıdır. Uşaqların yaşına uyğun nitq və psixi i nkişatinı dəyərləndirmək üçün müxtəlif müəlliflərin təklif etdiyi testlərdən istifadə olunur, bu mövcud olan ləngimənin dərəcəsini qiymətləndirməyə imkan verir.

Bir çox hallarda bu uşaqlarda instrumental müayinələr (MRT, EEQ, audiometriya) heç bir patologiya aşkarlaya bilmir.

Normada beyin strukturlarının işinin tənzimlənməsi koqnitiv funksiyalar, eləcə də normal formalaşmış nitq- beyin hüceyrələrinin, sinapsların, mediatorların məqsədyönlü tənzimlənmiş fəaliyyətinin nəticəsində mümkün olur.

Hər hansı bir zədələnmə nəticəsində beyin toxumasının zədələnmiş nahiyyəsindəki hüceyrələr öz funksiyasını yerinə yetirə bilmir, mediatorların sintezi pozulur, sinaptik əlaqələr zəifləyir. Bu da müxləlif yaşlarda özünü beyin strukturlarının işinin ləngiməsi kimi, xüsusilə də nitq inkişatinın ləngiməsi ilə göstərir.


Bu patologiyanın vaxtinda aradan qaldırılmaması uşağın sosial davranış problemlərinə, pedaqoji hazırlığının enməsinə səbəb olur. Müasir dövrdə belə patologiyaların aradan qaldırılması üçün müxtəlif müalicə metodlarından- beyin qan dövranına təsir göstərən dərman preparatlarından, nootroplardan, metabolik preparatlardan və s. istifadə olunur.


Farmakoloji preparatların istifadəsi, loqopedlə, psixoterapevtlə, defektoloqla aparılan müalicə çox zaman gözlənilən nəticəni vermir. Kimyəvi, farmakoloji preparatların istifadəsi bir çox hallarda baş ağrıları, aqressivlik, əsəbilik, mədə-bağırsaq pozulmaları kimi əlavə təsirlərin yaranmasına səbəb olur.


Bu məqsədlə son illərdə əlavə təsirləri olmayan alternativ aparatla müalicə üsulu – transcranial mikropolyarizasıya metodu ilə müalicə öz əvəzsiz effektini göstərir. Transkranial mikropolyarizasıya metodu ilə müalicədə zədələnmiş neyronlara fizioloji intensivlikdə olan mikroamper cərəyanla edilən təsir hüceyrənin funksiyasının daha qısa müddətə və effektli bərpasına səbəb olur.


Transkranial mikropolyarizasıya metodu ilə müalicə Rusiya Elmlər Akademiyası N.P.Bexterev adına Sank-Peterburq beyin institutu alimlərinin ixtirası olan mikropolyarizasıya cihazı ilə aparılır.

Mikropolyarizasıya metodu ilə müalicənin qeyri-invaziv, ağrısız olması onun istifadəsini asanlaşdırır.


Metod sinir hüceyrələrinə, hüceyrələrarası sinapslara kiçik amperli daimi cərəyanın etdiyi təsirə əsaslanır. Müalicə zamanı elektrodlar patoloji prosesin nahiyyəsindən asılı olaraq baş və onurğa beyninin müxtəlif nahiyyələrinə qoyulur.


Aparılan tədqiqatların nəticəsi olaraq nitq inkişatinın ləngiməsi diaqnozu ilə müayinə olunan, 3-7yaş qrupuna aid olan 220 xəstə ənənəvi üsulla aparılan müalicədən heç bir effekt görməyərək transkranial mikropolyarizasıya metodu ilə müalicəyə başlamışdılar. Xəstələrin müalicədən əvvəl şikayətləri nitq inkişatinın ləngiməsi, anlamanın ləngliyi, artikulyasiyanın zəifliyi, foneti'k qüsurların olması idi.


Müayinə olunan uşaqlarda akuşer anamnezində bətndaxili inkişatin müxtəlif mərhələlərində dölün hipoksik, infeksion, travmatik, işemik zədələnmələrə məruz qalması qeyd edilmişdir. Bir il ərzində fasilələrlə aparılan transkranial mikropolyarizasıya metodu ilə müalicə nəticəsində xəstələrin 170-də normal nitqin formalaşması, anlamanın, qavramanın yaş həddinə çatması, 60-da bu əlamətlərin nəzərə çarpacaq qədər yaxşılaşması müşahidə olunmuşdur.

Əsas göstərişlər:

-Nitq inkişatinın ləngiməsi
-Əqli inkişatin ləngiməsi
-Uşaq serebral iflici

-Hiperakti'vlik və diqqətin yayınması
-Mərkəzi sinir sisteminin orqanik zədələnmələri
-Beyin-qan dövranı pozulmaları

-Kəllə-beyin travmalarının nəticələri
-Nevroz və nevrozabənzər hallar (depressiya, aqressivlik, qorxu, həyəcan, ti'klər, kəkələmələr)

-Eşitmə və görmə funksiyalarının zəifləməsi
- Skolioz

Əks-göstərişlər:

- yüksək hərarət
- başın tüklü hissəsinin zədələri
- beyin şişləri


Prosedurun müddəti' 20-40 dəqiqədir və bu zaman heç bir ağrı, diskomfort hissi olunmur. Müalicənin təsiri prosedurun aparıldığı müddətdən başlayaraq 2-4 aya qədər davam edir. Bir müalicə kursu 10-15 seansdır.

Ehtiyac olduqda loqoped və psixoloqun konsultasiyaları da məsləhət görülür. Transkranial mikropolyarizasıya metodu ilə müalicədən sonra 80-85% uşaqlarda müsbət dinamika qeyd olunmuşdur.

Belə ki,uşaqlarda ətrafa marağın, diqqətin, yaddaşın artması, anlamanın, qavramanın sürətlənməsi, söz ehtiyatinın genişlənməsi, artikulyasion motorikanın, fonematik eşitmənin yaxşılaşması müşahidə edilmişdir. Eyni zamanda müalicənin effektivliyi ilkin qüsurun dərinliyindən, mərkəzi sinir sisteminin kompensator imkanlarından, aparılan müalicənin davamlılığından nəzərəcarpacaq dərəcədə asılıdır.

Yanaşı olaraq Almaniya istehsalı biotənzimləyici preparatlar ilə terapiya aparılır. Cerebrum comp., Placenta comp, Coenzyme comp. inyeksiyaları və ya adaplikator vasitəsilə preparatların daxilə qəbulu transkranial mikropolyarizasiya ilə birgə kompleks müalicəni təmin edir və ənənəvi üsulla aparılan müalicənin effektiv olmadığı hallarda uşaqların qısa
müddət ərzində sosial adaptasiya, nitq və digər problemlərinin həllinə kömək edir.





Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
75
medicina.az

1Mənbələr