AZ

Avropa Mərkəzi Bankı üzvlərindən faiz endirimi  ANONSU

Avropa Mərkəzi Bankının (ECB) İdarə Heyətinin üzvlərindən iyun ayında keçiriləcək iclasda faiz endirimi ilə bağlı qərarın qəbul oluna biləcəyinə dair anonslar gəlməkdə davam edir.

Fransa Mərkəzi Bankının prezidenti Fransua Villeroy de Galhau ECB-nin iyun ayında keçiriləcək iclasında faiz dərəcələrini azaltmağa başlayacağı ehtimalının çox yüksək olduğunu söylədi.

RTL radiosuna müsahibə verən F. Villeroy bildirib ki, kifayət qədər inamımız olduqdan sonra, şübhəsiz ki, iyunun əvvəlində keçiriləcək iclasda mərkəzi bank faiz dərəcələrini azaltmağa başlayacağıq.

Finlandiya Mərkəzi Bankının sədri Olli Ren də qeyd edib ki, İnflyasiyanın davamlı şəkildə hədəfə yaxınlaşması ilə bağlı inam güclənməkdə davam edərsə, pul siyasətinin məhdudlaşdırıcılığını azaltmaq, yəni faiz dərəcələrini azaltmaq olar.

Orxan Vahidoğlu, "İki sahil"

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
103
11
ikisahil.az

10Mənbələr