AZ

Lukaşenko Azərbaycana dövlət səfərinə gəlir

“Turan Tovuz” klubunun baş məşqçisi Ayxan Abbasov beynəlxalq əlaqələri gücləndirmək və təcrübə toplamaq yönündə Niderland səfərinə yollanıb.

“İki sahil” xəbər verir ki,  "Report" Tovuz təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, 42 yaşlı çalışdırıcıdan başqa klubun idarə heyətinin üzvləri Əli Balakişiyev, Səməd Nəsibov, köməkçi məşqçi Elnur Çodarov və akademiya koordinatoru Rasim Əliyev də Niderlandda səfərdədirlər.

Səfərin əsas məqsədi buradakı qabaqcıl klubların əsas komandalarda tətbiq etdikləri yeniliklər, məşq prosesi, klub idarəetməsi və struktur bölgüsü üzrə iş prosesi, akademiyaların fəlsəfəsi, infrastruktur layihələri və müasir texnologiyaların futbolda tətbiqini yaxından öyrənmək və təcrübə toplamaq olub.

İlk gündə klub nümayəndələri son Niderland çempionu PSV-nin düşərgəsində olublar. Görüş zamanı akademiya koordinatoru Mitç van Gellek prezentasiya, slayd və köməkçi videomateriallardan istifadə edərək detallı təqdimat etdikdən sonra akademiyanın fəlsəfəsi, iş prinsipləri, seleksiya, fiziki, taktiki və psixoloji hazırlıq, akademiyanın ixtiyarına verilən infrastruktur və texnoloji yeniliklər haqda geniş məlumat verib. Daha sonra nümayəndələr akademiya komandalarının məşqində iştirak etməklə yerində müşahidə aparıblar. Burada da məşq prosesi haqda maarifləndirici məlumatlar verilib. Nümayəndələr daha sonra klubun və akademiyanın infrastrukturu ilə yaxından tanış olublar. PSV-nin əsas komandasının baş məşqçisi Peter Boşun köməkçisi Yurgen Dirx təqdim etdiyi prezentasiya ilə əsas komandanın məşq və ümumi hazırlıq planları haqda geniş məlumat verib.

Səfərin ikinci günündə klub nümayəndələri “Feyenoord”un qonağı olublar. Akademiya koordinatorları David Toxopeus və Marvin Muis təqdimatla akademiyanın iş prinsipləri, istedadlı uşaqların seleksiyası, onların inkişafı üçün atılan vacib addımlar, uşaqların inkişafında tətbiq olunan fərdi yanaşma metodları haqda məlumatları çatdırıblar. Nümüayəndələr buradakı infrastrukturla yaxından tanış olublar. Məşqlərdə iştirak etməklə yerində lazımi məlumatlar əldə ediblər.

İşgüzar səfər davam edir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
65
ikisahil.az

1Mənbələr