AZ

Lənkəranda qətlə yetirilən 22 yaşlı qadının hadisəsi ilə bağlı TƏFƏRRÜATLARVİDEO

Lənkəranda iki ay əvvəl itkin düşmüş qadının meyiti tapılıb. Onun Cəlilabad rayon sakini olduğu və qətlə yetirildiyi bildirilir.

Xezerxeber.az-ın xəbərinə görə, qonşular iddia edir ki, qətl törədilən ev iki nəfər tələbəyə kirayə verilib və meyiti tapılan qadın da onlarla birlikdə qalıb.

Bildirilir ki, Könül Ağayeva Azərbaycan Dövlət Pedaqoji Universitetinin Cəlilabad filialında "Azərbaycan dili və ədəbiyyatı müəllimliyi ixtisasının" 4 - cü kurs tələbəsi olub.

Cəlilabaddakı qonşularının bildirdiyinə görə, Könül Ağayeva dünən axşam saatlarında  doğulduğu Muğan kəndində dəfn olunub. Məlumata görə, Könül  Ağayeva iki aydan çoxdur ki, axtarılırdı. Qonşular Ağayevlər ailəsinin problemsiz və yaxşı insanlar olduqlarını söyləyiblər.

Qeyd edək ki, faktla bağlı Lənkəran rayon prokurorluğunda araşdırma aparılır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
106
1
xezerxeber.az

1Mənbələr