AZ

Rusiyanın Ukraynadakı uğurları Tbilisini Moskvaya tərəf döndərir..?

...Deməli, çərşənbə axşamı Gürcüstanda xarici agentlər haqqında qanun layihəsi təsdiqlənib. Rəsmi Vaşinqton gürcü siyasətçilərini demokratiyanı sarsıtdıqlarına görə sanksiyalarla hədələyib.

Bununla belə, ekspertlər əmindirlər ki, Tbilisidəki sifarişin arxasında... Konqresin özü dayanır.

SİA bunu “Politico”ya istinadən yazır.

Qeyd edək ki, son günlər on minlərlə etirazçı yüzlərlə QHT və KİV-ə xarici agent statusu verən qanunun qəbulunu dayandırmaq üçün Gürcüstan paytaxtının mərkəzinə axışıb. Qarşıdurma zamanı hətta yüksək səviyyəli qanunverici də hücuma məruz qalıb.

Tənqidçilər bu qanunun “rus üslubunda” olduğunu iddia edirlər, lakin o, hakim “Gürcü arzusu” partiyasında çoxluğun dəstəyini qazanıb.

Bunu da “Politico” xatırladır.

Doğrudur, ölkə prezidentinin buna veto qoyacağı gözlənilir, lakin o, sadə səs çoxluğu ilə də ləğv edilə bilər. Beləliklə, yeni qanun yaxın həftələrdə qüvvəyə minə bilər.

Onu da qeyd edək ki, “Politico” gələcəkdə Rusiya ilə həmsərhəd ölkələrin getdikcə daha çox Moskvaya üz tuta biləcəyinə inanan üç ekspertlə danışıb. Onların fikrincə, Rusiya ordusunun Ukraynadakı uğurları fonunda belə bir ssenari getdikcə reallaşacaq.

Yeri gəlmişkən, Ağ Evin mətbuat katibi Karine Jean-Pierreyeni qanunun “bizi Gürcüstanla münasibətlərimizə əsaslı şəkildə yenidən baxmağa məcbur edəcək”-deyib.

...Politoloq Frensis Fukuyama hesab edir ki, Gürcüstanda baş verənlərə görə məsuliyyətin bir hissəsi amerikalı konqresmenlərin üzərinə düşür, onlar uzun müddət Ukraynaya yardım haqqında qanun layihəsini təsdiq edə bilməyiblər. Nəticədə, Rusiyanın qonşuları Kremlpərəst əhval-ruhiyyəyə qapılıblar və indi Qərblə əlaqələrə daha az maraq göstərirlər.

... Onlar vəziyyətin dəyişdiyini hiss etdikdən sonra... bu, onlara öz siyasətlərini daha çox Rusiyayönümlü istiqamətdə dəyişməyə imkan verəcək.

Bunu da nəşrə Fukuyama danışıb.

Bununla belə, amerikalı qanunvericilər baş verənlərdə öz günahlarını görmürlər. Məsələn, çərşənbə axşamı CinnŞeyxin və Cim Rişem başda olmaqla bir qrup senator bunu "Gürcüstan demokratiyası üçün qara gün" adlandıran bəyanat yayıblar.

Siyasətçilər həmçinin gürcü həmkarlarını cəzalandırmaq üçün müvafiq tədbirlər görəcəkləri ilə də hədələyiblər.

Atlantik Şuranın əməkdaşı Eto Buziaşvilinin sözlərinə görə, “Gürcü arzusu” Rusiyanın Ukraynada qələbəsinə inanır. Məhz bu, onu Moskvaya qarşı xarici siyasətdə dəyişiklik elan edərək daha açıq hərəkət etməyə sövq etdi.

Maraqlıdı ki, Fukuyama bu gün nə Gürcüstanın, nə də onun ətrafındakı ölkələrin Qərbin reaksiyasından qorxmadıqlarını bildirib.

Etiraf edilməlidir ki, son zamanlar Tbilisi ilə danışıqlar NATO-ya daxil olmaq deyil, Avropa İttifaqıilə inteqrasiyaya yönəlib. Ona görə də Vaşinqtonun Gürcüstan üzərində kifayət qədər təsir rıçaqları yoxdur. Bununla belə, ekspertlər hesab edirlər ki, düşünülmüş, məqsədyönlü sanksiyalar qanunvericilərə təsir edə bilər.

...Karnegi Avropa Mərkəzinin baş elmi işçisi Tomas De Vaal nəşri əmin edib ki, “Gürcü Arzusu”nun yaradıcısı Bidzina İvanişvili ilə əlaqəli olan bir sıra siyasi və biznes elitasının nümayəndələri artıq mümkün sanksiyalar perspektivindən narahatdırlar. De Vaalın sözlərinə görə, sanksiyalar “ciddi çəkindirici ola bilər”.

Nümunə kimi o, Rusiya ilə sıx əlaqələrinə görə ABŞ-ın sanksiyalarına məruz qalan Gürcüstanın keçmiş baş prokuroru Otar Partsxaladzeni göstərib. De Vaal həmçinin xatırladıb ki, sanksiyalar bütün üzv dövlətlərin razılığının tələb olunduğu Avropada xüsusilə təsirli olacaq.

Bununla belə, Avropa İttifaqının istənilən sanksiya təklifinin Gürcüstan hökumətinə yaxın olan Viktor Orbanın ciddi müqaviməti və vetosu ilə qarşılaşacağı ehtimalı yüksəkdir.

Ağasəf Babayev

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
128
sia.az

1Mənbələr