AZ

Premyer Liqa: “Çelsi” səfərdə, MY evdə qələbə qazandı

Futbol üzrə İngiltərə çempionatında (Premyer Liqa) 2023/2024 mövsümünün 34-cü turundan təxirə salınmış oyunlar keçirilib.

Arena.az xəbər verir ki, bu gün daha iki qarşılaşma baş tutub.

“Çelsi” səfərdə “Brayton”la qarşılaşıb. Üç qolun qeydə alındığı oyun London təmsilçisinin növbəti qələbəsiylə yekunlaşıb.

“Çelsi” kimi uğursuz mövsüm keçirən “Mançester Yunayted” isə “Nyukasl”ı qəbul edib. “Qırmızı şeytanlar” da təxirə salınmış matçdan qələbə ilə ayrılıblar.

Beləliklə, 2023/2024 mövsümünün sonuna bir tur qalmış “Mançester Siti” 88 xalla vahid liderdir. 86 xalı olan “Arsenal” 2-ci, 79 xala malik “Liverpul” 3-cü pillədə qərarlaşıb. “Aston Villa”nın 68, “Tottenhem”in 63, “Çelsi”nin 60, “Nyukasl” və “Mançester Yunayted”in 57, “Vest Hem”in 52, “Brayton” və “Bornmut”un 48 xalı var.

İngiltərə, Premyer Liqa
34-cü turun oyunları
14 may

Tottenhem – Mançester Siti 0:2
Qollar: Haland, 51; 90+1.

15 may

Brayton – Çelsi 1:2
Qollar: Uelbek, 90+8 – Palmer, 34. Nkunku, 64.

Mançester Yunayted – Nyukasl 3:2
Qollar: Maynu, 31. Diallo, 57 – Qordon, 49.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
171
4
arena.az

6Mənbələr