AZ

Türkiyə hərbi bazasına hücum planlaşdıran terrorçular məhv edildi

Türkiyə Silahlı Qüvvələrinin baza ərazilərinə hücumun qarşısı alınıb.

"32gun.az" xəbər verir ki, Türkiyə Milli Kəşfiyyat İdarəsinin (MİT) məlumatına görə,  terror təşkilatı PKK/KCK üzvləri "Tufan Koçer" kod adlı Ahmet Bayar və "Mervan Zerevan" kod adlı Əhməd İbrahim Əl Əhməd Türkiyə Silahlı Qüvvələrinin İraqın Hakurk bölgəsindəki baza ərazisinə sızmaq üçün təlimat alıb.

MİT-in İraqın Hakurk bölgəsində keçirdiyi nöqtə əməliyyatında terrorçular zərərsizləşdirilib.

2012-ci ildə PKK-ya qoşulan "Tufan Koçer" kod adlı Ahmet Bayarın keçmişdə Suriyada fəaliyyət göstərdiyi və təşkilatın yüksək səviyyəli üzvlərinin mühafizəçisi vəzifəsində çalışdığı öyrənilib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
72
32gun.az

1Mənbələr