AZ

Bu qidaları hər gün yeyənlərin beyni yaşlanmır -Gənc saxlayan əsas vitamin

İnsan yaşlandıqca beynin funksiyaları yavaşlayır və zaman keçdikcə yaddaş zəifləyir.

Beyni gənc saxlamaq üçün qidalanmaya fikir vermək lazımdır. Çünki yaşlandıqca nevroloji xəstəliklərə tutulmaq riski artır.
Mütəxəssislərin beyni gənc və sağlam saxlamaq üçün ən çox əhəmiyyət verdiyi vitamin qrupu B vitaminləridir.

Hansı qidalarda B vitamini var? B vitamininin faydaları nələrdir?

Wayne State Universiteti Tibb Fakültəsində aparılan bir araşdırma depressiya, demensiya və psixi pozğunluqların çox vaxt B vitamini çatışmazlığı ilə əlaqəli olduğunu müəyyən edib.

B12 vitamini çatışmazlığı zehni problemlərin əsas səbəblərindən biri olaraq görülür. Xüsusən tək yaşayan və düzgün qidalanmayan yaşlı insanlarda B12 vitamini çatışmazlığına çox rast gəlinir.

Səkkiz müxtəlif B vitamini və hər birinin öz sağlamlıq faydaları var.

Medicina.az B vitaminləri ilə zəngin olan 6 qidanı təqdim edir:

Yumurta: B7 vitamininin tövsiyə olunan gündəlik dəyərinin üçdə birini ehtiva edir. Digər B vitaminlərinin çoxu da tərkibində az miqdarda var.

Qatıq: həm B2 vitamini, həm də B12 vitamini ilə zəngindir. Bağırsaq sağlamlığı ilə yanaşı ruh sağlamlığını da dəstəkləyən təbii probiotiklər ehtiva edir.

Paxlalılar: qara lobya, noxud və mərcimək kimi paxlalılar əhvalınızı və beyin sağlamlığınızı yaxşılaşdırmağa kömək edir. Bu qidalar B9 vitamininin əla mənbəyidir. Onlarda az miqdarda B1, B2, B3, B5 və B6 vitaminləri də var.

Somon: təbii olaraq bütün B vitaminlərini, xüsusilə B2, B3, B6 və B12 vitamini ilə zəngindir.
Dəniz məhsullarının mənbəyinə diqqət yetirmək tövsiyə olunur.

Günəbaxan tumu: B5 vitamininin ən yaxşı bitki mənbələrindən biridir. Bu vitaminin tövsiyə olunan gündəlik miqdarının 20 faizini yarım ovuc tumdan əldə edə bilərsiniz

İspanaq və kələm kimi yaşıl yarpaqlı qidalar: B9 vitamininin əla mənbəyidir.


Aysel


Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
46
medicina.az

1Mənbələr