AZ

Yeni Klinikada “Mənim sağlamlığım mənim hüququmdur” adlı tədbir keçirilib » Medical Media

Yeni Klinikada “Mənim sağlamlığım mənim hüququmdur” adlı tədbir təşkil olunub.

Tədbirdə Yeni Klinikanın direktor müavini, Cərrahiyyə və transplantasiya mərkəzinin rəhbəri Eldar Əhmədov sağlamlığın insan üçün önəmini vurğulayaraq, xoşbəxt həyatın əsas şərtinin sağlamlıq olduğunu qeyd edib. Eldar Əhmədov çıxışında dövlətin vətəndaşların sağlamlıq hüququ üçün yaratdığı ən bariz nümunələrdən biri - icbari tibbi sığorta sistemindən danışaraq sığortanın önəmini vurğulayıb. O, icbari tibbi sığortanın Xidmətlər Zərfi daxilində əhaliyə tam ödənişsiz səhiyyə xidmətlərinin TƏBİB tabeli müəssisələrdə təqdim edilməsinin dövlət tərəfindən vətəndaşın sağlamlıq hüququna ən böyük töhvə olduğunu qeyd edib. 

Tibb müəssisəsinin Hüquq şöbəsinin müdiri Natiq Abdullayev respublikamızda əhalinin sağlamlığının qorunması haqqında qüvvədə olan bir sıra qanunlar barədə ətraflı məlumat verərək vətəndaşların sağlamlıq hüquqlarını xatırladıb.

İnformasiya texnologiyaları şöbəsinin müdiri Emin Hüseynov və TƏBİB Akademiyasının rəhbəri Tural Xaspolad vətəndaşların rahat şəkildə sağlamlıq hüquqlarından yararlanması üçün yaradılan onlayn növbə sistemi, xəstə hüquqları, həkim-xəstə əlaqələri, xəstə məmnuniyyəti və s. haqqında  məlumat veriblər. 

Tədbir sual-cavab sessiyası ilə yekunlaşıb.  
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
209
4
medicalmedia.az

5Mənbələr