AZ

II Liqa klubları matç gec başladığına görə cərimələndilər

AFFA İntizam Komitəsinin iclası keçirilib.

Rekord.az xəbər verir ki, iclasda II Liqanın 25-ci turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:

“Ağdaş” – “Şəfa” oyununda “Ağdaş”ın 4 futbolçusu sarı vərəqə aldığına görə “Ağdaş” klubu 70 manat cərimə edilib.

“Ağdaş” – “Şəfa” oyununun 64-cü dəqiqəsində “Ağdaş”ın futbolçusu Şəhriyar Kərimli ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun cəzalanıb, “Ağdaş” klubu 150 manat cərimə edilib.

“Lerik” – “Kür-Araz” oyununa Təcili Tibbi Yardım avtomobilinin gec gəlməsi səbəbindən matç gec başladığına görə “Lerik” klubu 100 manat cərimə edilib.

“Sheki City” – “Qusar” oyununa Təcili Tibbi Yardım avtomobilinin gec gəlməsi səbəbindən matç gec başladığına görə “Sheki City” klubu 100 manat cərimə edilib.

“Sheki City” – “Qusar” oyununda “Sheki City” klubu matçın ilkin protokolunu PFL-in elektron bazasında gec təsdiq etdiyinə görə “Sheki City” klubu 100 manat cərimə edilib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
111
2
rekord.az

3Mənbələr