AZ

Qovunun qabığı şəfa anbarıdır -Necə yararlanmaq olar?

Bir çox meyvə kimi, qovunun da qabığını atırıq.

Halbuki İbn Sina bir əsr əvvəl bildirmişdi ki, qovun qabığı heç vaxt atılmamalıdır, çünki o şəfa anbarıdır. Bu qabıqlar günümüzün ən vacib sağlamlıq problemlərini müalicə edə bilər.

Müalicəvi xüsusiyyətlərini qabıqlarında toplayan qovun orqanizmin ehtiyac duyduğu təbii lif mənbəyidir. Bunu bir əsr əvvəl kəşf edən İbn Sina kitablarında qovun qabığına geniş şəkildə yer verib. O, qovun qabığından dərman kimi istifadə etməyin bəsit yollarını da izah edib.

Medicina.az xəbər verir ki, qovun qabıqlarını suda qaynada, ya da günəşdə quruda bilərsiniz. Hər iki halda orqanizm üçün yararlı olacaq.

Qabıqları kəsdikdən sonra günəşdə qurudun. Kiçik hissələrə ayırın. Şüşə qaba qoyaraq soyuducuda saxlayın. Hətta bu qabıqları dondurucuya qoyaraq qış aylarında da istehlak etmək olar. Cipsi xatırladan buq abıqlar qəlyənaltı olaraq yeyilə bilər. Əgər belə yeməkdə çətinlik çəkirsinizsə, onları toz halına gətirib müxtəlif slat və yeməklərə qata bilərsiniz.

Qovun qabığı qurudulmaq əvəzinə qaynadıldıqda isə həmin su tam lif mənbəyinə çevrilir. Həmin suyu müxtəlif meyvələrlə dadlandıraraq içə bilərsiniz.

- Həzmi tənzimləyən lif xüsusilə bağırsaq florasını tarazlaşdırır. Bu yolla siz asanlıqla arıqlaya bilərsiniz. Bu proses mütəmadi olaraq həyata keçirildikdə kökəlmə riski aradan qalxır.

- Qovun qabıqları həzmlə yanaşı, təzyiq səviyyəsini də tarazlaşdırır.

- Ürək-damar xəstəliklərindən qoruyur.

- Bədənin ehtiyac duyduğu A vitamini çatışmazlığını aradan qaldıraraq, yaşlılarda meydana gələ biləcək katarakta və görmə itkisinin qarşısını alır.

- Qovun qabığı xüsusilə tərkibindəki maye sayəsində böyrəküstü vəziləri aktivləşdirir.

- Sidikqovucudur. Həmçinin, böyrəklərdə daş və qum əmələ gəlməsinin qarşısını alır.

- Qovun qabıqları dərinin pH səviyyəsini də artırır, dermis təbəqəsini yeniləyir. Dəri səthində infeksiyaların qarşısını alır.

- Qovun qabıqları siqaretin ağciyərlərə zərər verməsinə mane olur.

- Bədəndən toksinləri atır.

- Zədələnmiş hüceyrələri yeniləyir.

- Həzm sistemində lifi artıraraq qidaların asan fermentləşdirilməsini dəstəkləyir.


Aysel

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
78
1
medicina.az

2Mənbələr