AZ

“Revanşist qüvvələr prosesə mane ola bilməyəcəklər” – Rüfət Quliyev

Azərbaycanla Ermənistan arasında Qazaxın 4 kəndi ilə bağlı protokol imzalanması proqressiv addımdır.

Bu barədə 32gun.az-a millət vəkili Rüfət Quliyev bildirib. 

Onun fikrincə, hazırki situasiyada Ermənistanın başqa yolu yoxdur. Azərbaycanın apardığı siyasət rəsmi İrəvanı bu addımları atmağa bir növ məcbur edir. “Ermənistan başa düşür ki, artıq Azərbaycanla hesablaşmalı, ona qarşı iddialarından əl çəkməlidir. Azərbaycanın yürütdüyü siyasət də bunu diqtə edir. Bu baxımdan, Ermənistan delimitasiya məsələsində pozitiv mövqedən çıxış edir”, - deyə millət vəkili vurğulayıb. 
Bu prosesi sülhə doğru növbəti addım kimi dəyərləndirən Rüfət Quliyev əlavə edib ki, müəyyən revanşist qüvvələr pozuculuq fəaliyyəti ilə məşğul olsalar da, bütövlükdə prosesə mane ola bilməyəcəklər. “Təbii ki, revanşist qüvvələr var və onlar iş başındadır. Prosesə müdaxilə etmək, münasibətləri yenidən gərginləşdirmək istəyirlər. Lakin hesab edirəm ki, onlar məqsədinə çata bilməyəcəklər. 
Əvvəla, ona görə ki, artıq Ermənistan cəmiyyəti anlayır ki, sülhə nail olmaq, müharibədən qaçmaq üçün bu bir şansdır. Bunu sosial şəbəkələrin erməni seqmentindəkı paylaşımlardan görürürük. 
İkincisi, Ermənistan hakimiyyəti bayaq qeyd etdiyim kimi düşünür ki, bundan başqa yol yoxdur. Hakim partiyanın nümayəndələri, erməni deputatları çıxışlarında bunu açıq şəkildə vurğulayırlar və müşahidələr göstərir ki, Paşinyan və komandası sülhə doğru istiqamət götürən bu prosesi davam etdirməkdə israrlıdırlar”, - Rüfət Quliyev bildirib. 
Ayxan 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
64
32gun.az

1Mənbələr