AZ

Danimarka Ukraynaya yeni hərbi yardım paketini açıqladı

Danimarka mayın 16-da Ukraynaya 750 milyon avro dəyərində yeni hərbi yardım paketi ayırıb. Hərbi yardıma hava hücumundan müdafiə və artilleriya təchizatları daxildir.

Xezerxeber.az Ukrayna mətbuatına istinadla xəbər verir ki, bu barədə Danimarka Müdafiə Nazirliyi məlumat yayıb.

Hökumət bu gün Xarici Siyasət Şurasına Ukraynaya 5,6 milyard kron (750 milyon avro) dəyərində yeni ianə paketi barədə məlumat verib. Qeyd olunur ki, bu məbləğin 2,4 milyard Danimarka kronu (321 milyon avro) hava hücumundan müdafiə üçün ayrılıb. Vəsaitin bir hissəsi də Ukraynaya F-16 təyyarələrinin bağışlanmasına yönəldiləcək. Xarici işlər naziri Lars Lekke Rasmussen bildirib ki, paketin bir hissəsi kimi hökumət Ukraynanın müdafiə sənayesinə birbaşa investisiyalar üçün də əlavə vəsait ayıracaq. Bundan əlavə, Ukrayna mərmilər, tank əleyhinə minalar alacaq.

"Şübhə yoxdur ki, ukraynalılar müttəfiqlərinin davamlı və kütləvi dəstəyinə ehtiyac duyurlar. Bu paketlə biz həm Ukraynaya, həm də beynəlxalq aləmə aydın siqnal göndəririk. Biz indi böyük və uzunmüddətli sərmayə qoymağa hazırıq. Ukrayna müdafiə sənayesində onların mübarizəsi bizim mübarizəmiz olaraq qalır”, - deyə nazir əlavə edib.

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
112
4
xezerxeber.az

4Mənbələr