AZ

Quba Rayon Mərkəzi Xəstəxanasının poliklinikası qaranlığa qərq olubVİDEO

Quba Rayon Mərkəzi Xəstəxanasının poliklinikası işıqsız qalıb.

Tibb mərkəzində işığın olmaması səbəbindən vətəndaşlar çətinliklə  üzləşiblər.

Xezerxeber.az-ın məlumatına görə, sakinlər səhər saatlarından xəstəxanada olduqlarını, lakin gün ərzində işıqların yanmadığını bildiriblər. Yalnız əməliyyat şöbəsində elektrik enerjisinin olduğu bildirilir.

Məsələ ilə bağlı "Azərişıq" Açıq Səhmdar Cəmiyyətinin Quba  Elektrik şəbəkəsindən "Xəzər Xəbər"ə problemin xəstəxananın daxili işıq sistemindən olduğunu,  quruma heç bir aidiyyətinin olmadığını bildirdilər.

Rayon Mərkəzi Xəstəxanasının əməkdaşı Aynur Seyidova isə bildirdi ki, poliklonika şöbəsi 1984-cü ildən fəaliyyət göstərir və elektrik təchizatının yaxşılaşdırılması məqsədilə sözügedən  binada təmir işləri həyata keçirilir. Aparılan yenidənqurma işlərinin günün sonuna qədər yekunlaşdırılması və elektrik enerjisinin tam bərpa olunması nəzərdə tutulub.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
76
xezerxeber.az

1Mənbələr