AZ

Braziliyada daşqında ölənlərin sayı 150-yə yüksəlib

Braziliyada leysan yağışların səbəb olduğu daşqınlarda həyatını itirənlərin sayının 150-ə, itkin düşənlərin sayının isə 112-ə yüksəldiyi bildirilib.

525.az xəbər verir ki, ölkənin cənubundakı Rio Qrande-du-Sul əyalətində iki həftədir davam edən yağışların səbəb olduğu daşqınlar nəticəsində can və mal itkiləri artır.

Əyalət Mülki Müdafiəsi tərəfindən verilən açıqlamada ölənlərin sayının 150, itkin sayının isə 112 olaraq yeniləndiyi bildirilib.

Açıqlamada fəlakət bölgəsindən 80 min insanın xilas edildiyi, axtarış-xilasetmə işlərinin davam etdiyi bildirilib.

Məhəmməd Tağıyev























Bizi Facebookda izləyin

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
176
4
525.az

8Mənbələr